
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir.
Gununsesi.info xəbər verir ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bütün bu mərhələ çərçivəsində sevindirici hal odur ki, bu günlərdə Laçında mədəniyyət günləri çərçivəsində yay düşərgəsi təşkil edilib.
30 ildən sonra öz ana yurdlarına köçən əhali üçün görkəmli mədəniyyət işçiləri tamaşalar təqdim edərək, film nümayiş edir, konsert proqramları ilə çıxış edirlər. Yəni köçürülmə ilə paralel şəkildə Laçının əsas tərkib hissəsində hal-hazırda mədəniyyət də vardır.
Nəzərdə tutulmuş dirçəliş strategiyasında Bakı Abadlıq MMC-nin bir sıra layihələri həyata keçirilir.
Teatrlar studiya Laçın Yay düşərgəsi, Qarabağ bölgə teatrından, eyni zamanda ADMİU-nin kastinq yolu ilə seçilmiş tələbələrindən ibarət heyətlə Laçında hazırlanıb quruluş verilən 3 müxtəlif janrlarda tamaşa və film üzərində işlər bitmək üzrədir.
Bütün bu mədəni proseslər məhz Laçın torpağında hazırlanaraq oranın əhalisi üçün təqdim olunacaq günü səbrsizliklə gözləyir. Həmin gün isə çox yaxındır. 20 gündür ki, hazırlanıb ərsəyə gətirilən tamaşa və film üzərində işlərin mədəniyyət qələbəsinə çox az qalıb.
Avqust ayının 8-də laçınlılar Nicat Kazımovun quruluşunda Cəfər Cabbarlının “Sevil”-ni, avqustun 9-da Ceyhun Dadaşovun quruluşunda Maksim Qorkinin “Danko əfsanəsi”, avqustun 10-da Mehriban Ələkbərzadənin quruluşunda Sartrın “Son xətt” tamaşaları oynanılacaq.
Eyni zamanda Fuad Əlişovun ekranlaşdırdığı “Lazım gəlsə” filmi nümayiş olunacaq.
Gununsesi.info