
Latın Amerikası ölkəsi olan Argentinada güclü zəlzələ olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 6 ballıq zəlzələ bu ölkənin Santyaqo del Estro şəhərində yaşanıb.
Alman Geologiya Araşdırma Mərkəzi olayın baş verməsini və zəlzələnin gücünü təsdiq edib.
Qurumun açıqlamasına görə,təbiət olayı 620 km. dərinlikdə baş verib.
Zəlzələdən sonra dəyən ziyan və can itkiləri ilə bağlı açıqlama verilməyib.
Tərcümə: Arzu