
Nigeriyada keçirilən əməliyyatlar zamanı 36 terrorçu zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, son iki həftədə ölkənin şimal əyalətlərində terror təşkilatı Boko Haram və onun silahlı dəstə üzvlərinə qarşı əməliyyatlar keçirilib.
Bildirilir ki, terrorçulara və silahlı dəstə üzvlərinə məxsus 37 silah, əl qumbarası və mühüm sursatlar ələ keçirilib.
Əməliyyatlar zamanı terrorçular və silahlı dəstə üzvləri tərəfindən girov götürülən 140 nəfərin də xilas edildiyini bildirib.
Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində terror təşkilatları Boko Haram və ISWAP, eləcə də silahlı dəstələrin hücumlarına məruz qalıb.
Tərcümə
Şəbnəm
Gununsesi.info