
Amerika Prezidenti Co Bayden Mərkəzi Kəəşfiyyat Xidmətinin (CİA) başçısını kabinetə işə təyin etdi.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Bayden Vilyam Burnsi kabinet üzvü olaraq təyin etməsini açıqlaması ilə bildirib.
“Kabinetimin bir üzvü olaraq xidmət etməsi üçün Burnsə dəvətimi açıqlamaqdan məmnunluq duyuram”.
CİA başçısının kəəşfiyyata qatqısından bəhs edən Bayden onun çalışmalarını tərifləyib:
“Onun başçılığında CİA Rusiyanın Ukraynaya yönəlik acımasız hücumlarından Çinlə rəqabəti məsuliyyətlə idarə etmək, yeni çıxan texnologiyaların təqdim etdiyi risk və fürsətləri ələ almağa qədər ölkəmizin milli təhlükəsizlik problemlərinədək doğru və yerində, uzun vədəli bir yanaşma sərgiləyir”.
Burns də Baydenin açıqlamasının CİA-nın milli təhlükəsizliyə qatqılarını təqdir etdiyini göstərdiyini bildirib. Burns həm də Baydenin sözlərini qurumun işlərinə güvən duyğusunun nümayişi olaraq açıqlayıb.
Vilyam Burns “Kəşfiyyat zabitlərimizin müəzzəm çalışmalarını təmsil edən bu işə xidmət etməkdən şərəf duyuram. Milli Kəşfiyyat Direktoru Avril Hainesin başçılığında fövqəladə kəşəfiyyat cəmiyyəti həmkarlarımızın yanında xidmət vermək bir şərəfdir”, deyib.
Prezident Baydenin CİA başçısına Ağ Evdə yer vermə qərarı simvolik də olsa, CİA Direktorluğunun idarəetmədəki rolunun önəminə işarə edir.
Keçmiş Amerika Prezidenti Donald Tramp da Milli Kəşfiyyat Direktorunu kabinetininüzvü etmişdi.
Tərcümə: Arzu