
ABŞ prezidenti Co Baydenin oğlu Hunter istintaq və prokurorluqla razılaşmanın uğursuz olduğunu açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat verib.
Onun sözlərinə görə, prokurorluq “əvvəlcədən razılaşdırılmış ittiham razılaşmasını” pozub.
Bildirilir ki, ömcədən Hunter Baydenin iki ittiham üzrə təqsirli bilinəcəyini vəd etdiyi istintaqla sövdələşməsi məlum olub. Bunun müqabilində isə o, şərti cəza almalı idi.
Qeyd edək ki, vəkillərin verdiyi məlumatlara əsasən saziş Hunter Baydenin narkotik vasitələrdən istifadə, silah saxlamağa və vergidən yayınma əməllərinə görə mühakimə olunmayacağını təmin edir.
Tərcümə
Şəbnəm
Gununsesi.info