
Ukrayna vətəndaşı Bakıda intihar edib.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
49 yaşlı Ukrayna vətəndaşı İrina Əliyeva özünü 15 mərtəbəli binanın 9-cu mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.