İŞİD İrandakı terror aktının məsuliyyətini öz üzərinə götürüb - VİDEO/YENİLƏNDİ

İŞİD terror qruplaşmasının üzvləri İranın Fars əyalətinin Şiraz şəhərində Şah Çıraq məqbərəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Press TV-nin məlumatına görə, hücum edənlərin sayı 2 nəfər olub. Onlardan biri hücumdan dərhal sonra saxlanılıb, ikincisi isə ərazidən uzaqlaşıb.

Xatırladaq ki, İran KİV-də 4 nəfər öldüyünə dair məlumat yayılsa da, yerli orqanlar hələlik ancaq bir itkini təsdiqləyiblər. İran rəsmiləri bu hücumu terror aktı kimi qiymətləndiriblər.

13.08.2023, 21:12

İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində baş verən terror aktında ölənlərin sayı 4-ə çatıb.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, iki yaraqlı məscidin ərazisinə daxil olmağa cəhd edib, onlardan biri saxlanılıb, ikincinin tutulması istiqamətində işlər davam etdirilir. Həmin şəxs məqbərənin girişində olanlara atəş açmağa davam edir.

Hazırda bina mühasirəyə alınıb.

20:58

İranın cənub-qərbində yerləşən Fars əyalətindəki Şah Çıraq məqbərəsində terror aktı baş verib.

Məlumata görə, terror aktı nəticəsində məqbərənin azı iki qulluqçusu həlak olub.

Bildirilir ki, silahlılar atəş açdıqdan qısa müddət sonra təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.

Gununsesi.info