Krım Ukraynaya qaytarılmalıdır! - ƏRDOĞAN

  • By Günel
  • 11 Sentyabr 2024 15:23

Türkiyə Krımın ilhaqını tanımır.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində deyib.

O, bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır:

“Bu, beynəlxalq hüququn tələbidir”.

Ərdoğan, həmçinin söyləyib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir:

“Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq”.

Gununsesi.info