Zelenski İranın Rusiyaya ötürdüyü ballistik raketlərdən danışıb

  • By ilhame
  • 11 Sentyabr 2024 19:27

Tərəfdaşımız olan ölkələrin kəşfiyyat xidmətləri İranın Rusiyaya ötürdüyü ballistik raketlərin miqdarı ilə bağlı mətbuatda dərc olunan xəbərlərdən daha çox məlumat veriblər.

 

Gununsesi.info-nun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

 

O, qeyd edib ki, raketlərdən istifadə yalnız sübutlar olarsa, təsdiq ediləcək: “Həmin raketlər istifadə edildiyi halda sübutlar ortaya çıxacaq. Necə ki, həm Şimali Koreyanın artilleriya mərmilərinin, həm İranın pilotsuz uçuş aparatlarının istifadə edilməsi ilə bağlı sübutlar var. Rusiya ərazisində İrana məxsus hücum pilotsuz təyyarələrinin yığılması və istehsalı üçün bazalar isə çoxdan var”.

Gununsesi.info