“Azeri Light” bir az da ucuzlaşdı

  • By Günel
  • 12 Sentyabr 2024 10:05

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.10 ABŞ dolları və ya 0.14% azalaraq 73,53 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, ötən gün neftimiz 73,63 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Gununsesi.info