
NATO-nun yeni baş katibi, Hollandiyanın keçmiş baş naziri Mark Rutte oktyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, müvafiq xəbər Şimali Atlantika Alyansının saytında dərc olunub.
“1 oktyabr 2024-cü il çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti başa çatacaq. Onu Hollandiyanın keçmiş baş naziri cənab Mark Rutte əvəz edəcək”, – məlumatda deyilir.
Bundan əlavə, Brüsseldə baş katibin səlahiyyətlərinin təhvil verilməsi ilə bağlı rəsmi mərasimin keçiriləcəyi bildirilir. Gedən Yens Stoltenberq də iştirak edəcək.
Gununsesi.info