“Ümid edirik, Putinin adından istifadəni dayandıracaqlar”

  • By Günel
  • 11 Sentyabr 2024 15:30

“ABŞ prezidentliyinə namizədlər Donald Trampla Kamala Harrisin debatı gecə keçirildiyindən Kreml bu tədbiri izləməyib”.

Gununsesi.info “Qafqazinfo” -ya  istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.

Bununla belə, Peskov sözügedən məsələ ilə bağlı mediada yer alan məlumatlarla tanış olduqlarını bildirib: “Əlbəttə, hər iki namizədin öz çıxışlarında ölkəmizin, prezidentimizin adını qeyd etməklərinə diqqət yetirdik. Putinin soyadı ABŞ-də siyasətdaxili mübarizədə alətlərdən biri kimi istifadə olunur. Bu bizim xoşumuza gəlmir, ümid edirik ki, prezidentimizin adından istifadə etməyi dayandıracaqlar”.

Gununsesi.info