
Hindistanın qərbində 15 nəfər naməlum xəstəlikdən qəfildən ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Hindustan Times məlumat yayıb.
“Qucarat əyalətinin Kutç bölgəsindəki Lakhpat qəsəbəsində son səkkiz gündə müəmmalı qızdırmadan ölənlərin sayı 15-ə çatıb, lakin səlahiyyətlilər hələ də onun səbəbini müəyyən edə bilməyiblər”, – deyə məlumatda deyilir.
Bildirilir ki, sentyabrın 3-dən 7-dək naməlum qızdırma nəticəsində uşaqlar da daxil olmaqla on nəfər ölüb.
Nəşr qeyd edir ki, sonra ən azı daha beş ölüm qeydə alınıb.
Əvvəlcə sirli xəstəlik pnevmoniya hesab olunurdu. Sonrakı araşdırmalar göstərib ki, H1N1 qrip virusu, donuz qripi, Krım-Konqo hemorragik qızdırması (KKKA), malyariya və dang qızdırması səbəbindən ölüm halları baş verib.
Qeyd edək ki, bundan əvvəl İspaniyada onlarla yeni müəmmalı xəstəliyə yoluxma halı müəyyən edilib.
Xəstələr ilk dəfə 2010-cu ildə Almaniyada aşkarlanan siçovul hepatiti E virusundan (Rocahepevirus ratti) əziyyət çəkiblər.
İnsanların ona yoluxa bilməyəcəyi düşünülürdü, lakin 2018-ci ildə Honq-Konqda ilk insan yoluxma halı ortaya çıxıb.