
Prezidentin köməkçisi Hikmət Hacıyev sosial media hesabında paylaşım edib.
Gununsesi.info xəbər verir ki, Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri çərçivəsində Ağdam-Xankəndi avtomagistralının və dəmir yolunun sxematik planı ilə tanışlıq olub. Məlumat verib ki, təkcə magistralın gündəlik tutumu 17.000 avtomobildir.
O, vurğulayıb ki, Azərbaycan Qarabağdakı erməni sakinlərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir, onlar isə yollara bloklar və maneələr qoyurlar.
Şəbnəm
Gununsesi.info