Xatırladaq ki, cütlüyün bu evlilikdən 15 yaşında Xavier, 9 yaşında Hadrien və 14 yaşında Ella Qreys adlı 3 uşağı var.
Kanadanın Baş naziri Trudo arvadından boşanır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Castin Trudo və həyat yoldaşı Qreqoire Trudo qarşılıqlı boşşanma qərarı alıblar.
Bu barədə Baş nazir C. Trudo özünün sosial media hesabında yazıb.
“Mənalı və çətin dialoqdan sonra ayrılma qərarı aldıq”, – deyə Trudo paylaşıbb.
Qadın Trudo isə bu cür cavab verib:
“Hər zaman olduğu kimi, bir-birimizə və qurduğumuz, qurmağa davam etdiyimiz hər şeyə dərin sevgi və sayğı ilə bir ailə olmağa davam edirik”.
Trudo cütlüyü uşaqlarının yaxşılığı üçün Kanada vətəndaşlarına ailənin məhrəmiyyətinə hörmətlə yanaşmalarını istəyib.
Xatırladaq ki, cütlüyün bu evlilikdən 15 yaşında Xavier, 9 yaşında Hadrien və 14 yaşında Ella Qreys adlı 3 uşağı var.
Tərcümə: Arzu