Hərbi Prokurorluğunun qarşısında şikayətçi özünü yandırdı

Bakıda bir nəfər intihara cəhd edib.

Gununsesi.info-nun məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində Respublika Hərbi Prokurorluğunun qarşısında baş verib.

Respublika Hərbi Prokurorluğuna şikayətə gələn şəxs binanın qarşısında etiraz olaraq üzərinə tezalışan maddə tökərək od vurub.

Yaxınlıqdakı şəxslərin müdaxiləsi ilə yanğın söndürülüb.

Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası gəlib, yaralı xəstəxanaya çatdırılıb.

Nərimanov Tibb Mərkəzi tabeliyində Yanıq Mərkəzindən News24.az-a verilən məlumatda bildiriblər ki, özünü yandıran şəxs səhər saatlarında mərkəzə daxil olub:

“Hazırda vəziyyəti ağırdır, mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib”.

 

Gununsesi.info