Avtomobil körpüdən aşdı: Xəsarət alanlar var

  • By Sənan
  • 02 İyun 2024 19:52

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Düzyurd kəndinin girişində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq körpüdən aşıb.

Qəza zamanı bir ailənin üç üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 39 yaşlı Elbəyi Cəfərov, 29 yaşlı Aysel Cəfərova və ailəni beş yaşlı övladı Kamil Cəfərovdur.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info