
İngiltərədə ölmüş anasının səsini təqlid edərək atasını və bankı aldadan şəxs ölkədə gündəm olub.
Gununsesi.info xəbər verir ki, İngiltərənin yaşayan Daniel Cuthbert atasını inanılmaz üsulla aldadaraq son qısa zamanda dünya mətbuatında geniş əks-səda doğurub.
Anasının ölümündən sonra Daniel 14 ay ərzində ailəsinin bütün əmlakını öz üzərinə götürərək atasının adına külli miqdarda kredit götürüb.
Tutduğu işə görə atasının şikayəti ilə həbs edilən Danielin həm anasının, həm də atasının səsini təqlid edərək bankları aldatdığı müəyyən edilib.
Banka 9 dəfə anası kimi zəng edən Daniel külli miqdarda kredit götürə bilib.
Ona qarşı irəli sürülən ittihamları qəbul edən Daniel 1 il müddətinə azadlıqdan məhrum edilib.
Mövzu ilə bağlı açıqlama verən polis əməkdaşı istintaqın kifayət qədər “mürəkkəb” olduğunu bildirib.
Tərcümə
Şəbnəm
Gununsesi.info