İsveç Ali Məhkəməsi Ərdoğanın tələbini rədd etdi - TANINMIŞ JURNALİST ANKARAYA TƏHVİL VERİLMƏYƏCƏK

  • By admin
  • 19 Dekabr 2022 14:29

İsveç Ali Məhkəməsi Türkiyənin “Today Zaman” qəzetinin keçmiş baş redaktoru Bülent Keneşin ekstradisiyasına dair tələbini rədd edib.

Gununsesi.info-nun xatırlatmasına görə, Keneşin ekstradisiyası Türkiyənin İsveçin NATO üzvlüyünün təsdiqi üçün açıqladığı şərtlər arasında idi.

HTML tutorial

Fransa xəbər agentliyi bildirir ki,  məhkəmə “müxtəlif maneələr” səbəbiylə Keneşin ekstradisiyasını dayandırmağa qərar verib; Bu məqamda o, “Keneşə qarşı irəli sürülən ittihamların siyasi xarakter daşıması” və “Keneşin İsveçdə qaçqın statusu var” kimi qərarını əsaslandırıb.

Məhkəmə Keneşi siyasi baxışlarına görə Türkiyədə “təqib riski” ilə bağlı qərar çıxarıb.

Ali Məhkəmənin ekstradisiyasını dayandırma qərarından sonra İsveç mətbuatına açıqlama verən Keneş, “Təbii ki, çox xoşbəxtəm. Amma bu qərar artıq gözlənilən idi” deyib.

 

Tərcümə:

Mais