
Xərçəngə yoluxaraq sevənlərini qorxudan tanınmış Hollywood ulduzu Ceyn Fonda yeni açıqlaması ilə tərəfdarları arasında böyük ümid yaradıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bir müddətdir ki, xərçəng xəstəliyi müalicəsi alan Fonda bu xəstəliyin gerilədiyini və bu səbəblə də, kemoteraiyanı tamamlandıra biləcəyini söyləyib.
Yaxın günlərdə 85 yaşında adlayacaq usta oyunçu “Bunu özü üçün bu ana qədərki ən böyük doğum günü hədiyyəsi” olaraq açıqlayıb.
Tanınmış aktrisa onun üçün dua edən və yaxşılaşma diləklərini göndərən bütün hər kəsə təşəkkürlərini bildirib. Fonda deyib ki, dualar və arzular onun sağalmasında böyük təsir edib.
Ceyn Fonda Hodqkin Xarici Lenfoma müalicəsi alırdı. Lenf sistemi xərçəng olan Hodqkin Xarici Lenfoma daha az yayılan bir xərşəng xəstəliyi növüdür. Mənfi ruhlu bu lenfoid hüceyrə qan və lenf dövranı vasitəsi ilə bədənin digər qisimlərinə də yayıla bilir.
Oskar mükafatlı oyunçu 1960-cı illərdə ilk filmlərində rol alıb. Barbarekka, 9-dan 5-ə, Qızıl Göl filmləri isə ona şöhrət qazandırıb.
1960-cı illərdə Viyetnam savaşına qarşı səsini yüksəltməsi ilə Ceyms Fonda siyasi olaraq aktivist olaraq da tanınır.
Tərcümə: Arzu Sayadoğlu