Bəxtiyar Hacıyev aclığı dayandırıb? - VƏKİL PENİTENSİAR XİDMƏTİN BU MƏLUMATINA ŞÜBHƏ EDİR

  • By admin
  • 18 Dekabr 2022 18:48

Hazırda həbsdə olan tanınmış ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırması barədə xəbər yayılıb.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün B.Hacıyevlə aparılan profilaktik söhbətdən sonra o, aclıq aksiyasını dayandırmağa razılaşıb və normal qida qəbuluna başlayıb.

HTML tutorial

B.Hacıyevin vəkili Aqil Layic isə Gununsesi.info-ya bildirib ki, bu barədə məlumata inanmır.

Çünki, belə bir hal olubsa, Hacıyev telefon vasitəsilə ilə onlara bildirərdi:

Bir məlumatı da qeyd edim ki Bəxtiyar Hacıyevin telefon danışıqlarına, hətta vəkilləri ilə telefon danışıqlarına qadağa qoyulub. Qanunda vəkilləri ilə telefon danışığına qadağa qoyulması mümkün deyil və heç bir halda məhdudlaşdırıla bilməz. Hacıyevin xeyli sayda vəkili var. Sonuncu dəfə mənim onunla görüşüm zamanı vəkillərin nömrələrini ona təqdim etmişəm ki, vacib və ictimai əhəmiyyət daşıyan məsələlərdə birbaşa vəkillərinə məlumat versin. Bəxtiyar Hacıyev həqiqətən də aclığı dayandırıbsa (biz həqiqətən bunu arzu edirik), elə bu dəqiqə şərait yaradılsın ki, vəkillərindən birinə zəng edərək,  aclığı dayandırması yönündə xoş xəbəri bizə bildirsin və bizdə bunu elan edək. Əks halda dəqiq məlumat sabah səhər bilinəcək. Səhər saat 9-da ordayam”.

Günay Təhməzova

Gununsesi.info