
“Laçın yolu məsələsində sürətli həll şansı olmayacaq”.
Gununsesi.info xəbər verir ki, bu barədə erməni politoloq Hayk Sukiasyan deyib.
Onun iddiasına görə, bu, “uzun sürən əsəb müharibəsidir”.
“Bu məsələnin həlli sürətli hərbi müdaxilədir, lakin bizim resurslarımız varmı?!” – erməni politoloq azərbaycanlıların dinc aksiyasına hərbi müdaxilənin mümkünlüyündən danışır, dərhal da bunun Ermənistan üçün ağır nəticələrinin olacağını vurğulayır.
Hayk Sukiasyan təklif edir ki, Ermənistan Azərbaycan və Rusiya arasında toqquşma yaratmalıdır. O, hazırki situasiyadan çıxış yolunu bundan görür və əlavə edir ki, ermənilər maksimum dözməyə çalışmalıdır.
Gununsesi.info