
Dünyanın getdikcə daha çox virtuallaşması, internetin həyatımızn daha çox sahələrinə girməsi insanlığın gələcəyini də fərqli yönlərə doğru istiqamətləndirir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Digital Vətəndaşlıq” son dönəmlərdə ən çox danışılan qavramların arasında yer alır. Virtual dünyadakı ortaq yerlərin yanlış və etik olmayan şəkildə işlədilməsi səbəbindən, yaranan problemlərdən dolayı, “Digital Vətəndaşlıq” qavramının önəmi hər keçən gün artır.
Digital millət şüurunda olmaq
Hər bir kəsin həm toplumun, həm də virtual (rəqəmsal) millətin bir parçası olduğunun şüurunda olması rəqəmsal vətəndaşlığın başladığı yerdir. Gözəl bir digital vətəndaş, bu bilinclə hərəkət edən və hər hansısa bir platformada görüşünü bildirərkən və ya yozum yazarkən necə ki, gerçək həyatda olduğu kimi, hörmətli bir nəfərdir.
On-line davranışların məsuliyyətini bilmək də bu işin bir parçasıdır.
Digital vətəndaşlığın ən həssas, ancaq sıx-sıx gözardı edilən nöqtələrindən biri digital barmaq və ya digital ayaq izidir. Hər rəqəmsal istifadəçi internetdə paylaşılanların əsla itməyəcəyinin fərqində olmalıdır.
Texnologiyanın pis tərəfinə işlətməmək
On-line dünyada təsirlənmə və rabitə qurarkən doğru, etik və əxlaqi davranışlar sərgiləmək önəm daşımaqdadır. Hər bir nəfər digital dünyada nələr paylaşdığına diqqət edərək: din, dil, irq və digər qavramlar xüsusunda incidici tövrlər etməməyə qayğılı yanaşmalı, texnologiyanı pisə doğru işlətməməlidir.
Mülkiyyət haqlarına hörmətlə yanaşmaq
Hər bir nədər digital mühitdə yer alan qaynaqları işlətmək üçün icazə almalıdır. Ya da mülkiyyət haqqı olan bilgiləri, sənədləri, çalışmaları digital dünyada paylaşarkən mütləq qaynaq göstərməlidir. Ayrıca, virtual dünayda yer alan film, oyun, musiqi kimi əsərlərin müəllif haqqını ödəmədən yükləməyin və işlətməyin cinayət olduğunu unutmamalıdır.
Özünə qarşı hörmətlə yanaşmaq
Virtual dünyada digər istifadəçilərə olduğu qədər hər bir istifadəçinin özünə sayğısı önəm daşıyır. Gözəl bir digital dünya vətəndaşı, başqalarının haqları qədər öz haqlarına da hörmət edən adamdır. Hər bir kəs digital ortamda öncə özünə hörmət etməli, yer aldığı platformalarda uyğun adlar seçməli, özəl bilgilərini, şəxsi yaşamını, yaşadğı olayları paylaşarkən qayğı və diqqətlə yanaşmalıdır.
Tərcümə: Arzu Sayadoğlu