Blinkendən miqrantlarla bağlı bəyanat

  • By admin
  • 19 Dekabr 2022 10:00

ABŞ Dövlət katibi Antoni Blinken Beynəlxalq Miqrantlar Günü ilə əlaqədar bəyanat yayıb.

Gununsesi.info-nun Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, Blinken, ABŞ-ın dünyada təhlükəsiz, nizamlı və humanist miqrasiyanı dəstəkləmək öhdəliyini vurğulayıb.

HTML tutorial

Blinken qeyd edib ki, bir çox insanın iş və ya təhsil, eləcə də ailə birləşməsi naminə miqrasiyanı seçməsinə baxmayaraq, dünyada 100 milyona yaxın insan öz istəyi ilə deyil, bununla bağlı kataklizmlər, avtoritar rejimlər və iqlim dəyişiklikləri ilə səbəbindən miqrant olub.

“Münaqişə, zorakılıq, təqiblər, insan hüquqlarının pozulması və sui-istifadələr, iqtisadi çətinliklər və iqlim dəyişikliyi insanları təhlükəsizlik və daha yaxşı imkanlar axtarışında təhlükəli səyahətlərə sürükləyir.

COVID-19 və iqlim təsirləri ilə daha da ağırlaşan qeyri-qanuni miqrasiya problemləri mürəkkəbdir, lakin bütün ölkələr onlarla birlikdə mübarizə aparsa, onlar həll olunmaz deyil. Heç bir ölkə miqrasiya problemlərini təkbaşına həll edə bilməz”.

Dövlət katibi deyib ki, təhlükəsiz, nizamlı, humanist və müntəzəm miqrasiyaya nail olmaq adı ilə Birləşmiş Ştatlar bu mürəkkəb problemlərin həlli üçün hərtərəfli regional və qlobal reaksiya verməyə çağırıb.

İyun ayından etibarən ABŞ da daxil olmaqla, 21 ölkə Qərb yarımkürəsində qeyri-qanuni miqrasiya və məcburi köçkünlüklə mübarizə tədbirlərini gücləndirmək üçün Miqrasiya üzrə Los-Anceles Bəyannaməsini təsdiqləyib.

2022-ci maliyyə ilində Birləşmiş Ştatlar humanitar yardım üçün 17 milyard dollardan çox vəsait ayırıb ki, bu da keçənilki ayırmalardan 30 faiz çoxdur.

“Birləşmiş Ştatlar qeyri-qanuni miqrasiyanın əsas səbəblərini aradan qaldırmaq və miqrasiyanı humanist şəkildə idarə etmək üçün hökumətlər, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla işləməyə sadiqdir”, Blinken bildirib.

Tərcümə:

Günay