Əhməd Davudoğlunun partiyası seçki startı verdi

  • By admin
  • 19 Dekabr 2022 17:17

Türkiyənin Gələcək Partiyası seçkiyə startı Konyadan başlayıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, sədr Əhməd Davudoğlu açıqlamasında ölkəsinin çox əhəmiyyətli bir seçki prosesinə girəcəyini ifadə edərək, “Türkiyənin qarşısına yeni bir üfüq qoyacağıq” deyib.

HTML tutorial

Davudoğlu bildirib ki,  Türkiyəni iki böyük bəladan qorumaq üçün mübarizə aparıb  və “6 yol” cədvəli də bu mübarizənin bir parçasıdır:

“Biz Türkiyəni barışdırmaq yolundayıq. Biz çıxdıq. Şəxsi hədəfimiz, qəzəbimiz və ya kinimiz yoxdur. Önümüzdəki günlərdə “Altılı Masa”dan ibarət zirvəyə ev sahibliyi edəcəyini xatırladan Davudoğlu sözlərini belə davam etdirib:

“Gələn həftə keçid prosesinin yol xəritəsini və liderlərlə danışıqları yekunlaşdıracağıq. 6 lider olaraq hamının ortaq iradəsi və gücü ilə hansı idarəçiliyi quracağımızı müəyyən edəcəyik. Ümumi hökumət proqramını, bütün elementləri izah edəcəyik. Partiyamızın açıqladığı üst-üstə düşən elementlərdir. Daha sonra bunu hər kəsin marağına görə izah edəcəyik. Biz prezident və parlament seçkiləri, o cümlədən əsas sual olmadığını düşündüyümüz namizədlik məsələsi ilə bağlı mövqeyimizi ortaya qoyacağıq.  Gələcək Partiyası olaraq ilk seçkiyə Konyadan start veririk”.

Tərcümə:

Afət Abbasova