
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Parlamentinin Ali Məhkəmənin hökumət üzərindəki yoxlamalarını ortadan qaldıracaq çəkişməli qanun təklifini təsidqləməsi ilə Amerika və digər ölkələrin İsrailin daixli işlərinə qarışmamasını söyləyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Netanyahu “Amerikan Fox” kanalına verdiyi açıqlamasında ölkəsindəki məhkəmə düzəlişlərinə qarşı gələn beynəlxalq etirazları cavablayıb.
16 illik iqtidarı boyunca digər demokratiyaların iç işləri ilə bağlı çəkişmələrə yönəlik heç bir şərh vermədiyini müdafiə edən Netanyahu bunları deyib:
“İsrail haqqında hər kəsin bir fikri var. Fransadakı etirazlar, oradakı nümayişlər və ya digər ölkələrdə yaşanan çəkişmələr haqqında fikirlərim yoxdur, – deyə Netanyahu bildirib.
“Bu mövzuda şərh verməyi vecimə almıram. Məhkəmə işinə hökumət olaraq biz qərar verəcəyik”, Netanyahu deyib.
Xatırladaq ki, İsraildə Ali Məhkəmənin hökumət üzərindəki yoxlama səlahiyyətinin ləğv edilməsinin Parlamentdə təsdiqlənməsindən sonra Ağ Evdən belə bir qərarın çıxamasını “bəxtsizlik” olaraq qiymətləndirmişdilər.
Tərcümə: Arzu