Mədəniyyət Nazirliyi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb -YENİLƏNDİ

Mədəniyyət Nazirliyi Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda deyilir:

“Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib.

Azərbaycan Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”

19:07

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu haqda Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Gununsesi.info