
Ukrayna qoşunları Baxmut yaxınlığında irəliləyir.
Gununsesi.info xəbər verir ki, Ukrayna ordusuna məxsus hərbi birləşmələri Baxmutda rus ordusunu geri çəkməyə məcbur edib.
Ukrayna ordusu ən azı üç cəbhə bölgəsində əks-hücum hərəkətlərini davam etdirib.
Ölkə mətbuatının məlumatına görə, Ukrayna ordusu Svatove-Kreminna xətti boyunca, Baxmut yaxınlığında, Donetsk və Zaporojye vilayətlərinin sərhədi boyunca irəliləyiblər.
Ukrayna qoşunları, həmçinin Kurdyumivka yaxınlığında da irəliləyir.
Gununsesi.info