Sülhməramlılar qanunsuz daşımaları müşayiət etməyə davam edir - Video

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilən rusiyalı sülhməramlı kontingentinin müşayiəti ilə qeyri-qanuni erməni silahlı dəstələrinin qanunsuz fəaliyyəti davam edir.

Gununsesi.info “Caliber”ə istinadən xəbər verir ki, avqustun 11-i Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya  sülhməramlılarının zirehli maşınının müşayiəti ilə qanunsuz erməni silahlı dəstələrinin döyüş postlarına təminat vasitələrinin daşınması qeydə alınıb.