Təcridxana rəisi Qubad İbadoğlunun müayinə nəticələrini vəkillərinə niyə vermir?

“Bakı İstintaq Təcridxanasının rəhbərliyi Qubad İbadoğlunun müayinəsinin və qan analizlərinin nəticələrini vəkillərə təqdim etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır”.

Bunu Gununsesi.info-ya açıqlamasında həbsdə olan ADR Partiyasının lideri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul deyib.

Onun sözlərinə görə, nəticələr təqdim olunarsa, müayinələri qardaşının səhhətini son 2 ildə nəzarətdə saxlayan London həkimləri ilə müzakirə edərlər:

“Bu gün Nərimanov Məhkəməsinə gətirilən Qubad müəllim çox halsız görünürmüş, 3 gündür temperaturu düşmürmüş. Qubad müəllimin 20 gündür normadan 2-3 qat çox olan şəkəri bu gün 4-ə qədər enibmiş. Şəkərin bu şəkildə kəskin oynaması həyat üçün çox təhlükəlidir. Arterial təzyiq isə oksigen çatışmazlığından və sinir sisteminin pozulması səbəbindən normallaşmır”.

Mais
Gununsesi.info