
İranda telekommunikasiya sahəsində çalışan təqaüdçülər yenidən etiraza başlayıb.
Gununsesi.info bildirir ki, buna səbəb İran hakimiyyətinin onların tələblərini yerinə yetirməkdən imtina etməsidir.
Bir müddət əvvəl başlanan etirazlar vədlərlər dayandırılmışdı.
Xəbərdə deyilir:
“İran rejiminin telekommunikasiya sənayesinin təqaüdçüləri və işççiləri ölkənin müxtəlif şəhərlərində həftəlik etiraz aksiyaları keçirib.
Çünki, onların yaşayış şəraiti pisləşməkdə davam edir və hakim mollalar onların ehtiyaclarını ödəməkdən imtina edirlər. Tehran, Rəşt, İlam, Kirmanşah, Əhvaz, Təbriz, Məşhəd, Sarı, Sənəndəc, Zəncan, İsfahan, Şiraz və Bəndər Abbasda mitinqlərin keçirildiyi bildirilir”.
Tərcümə:
Afət