
Polşa Belarusla sərhədə əlavə əsgərlər toplayır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Müdafiə Nazirliyi Sərhəd Qoruyucuları Qurumunun tələbi ilə nəzarət işi üçün Belarusla sərhəd bölgəsinə min əlavə əsgər göndərmə qərarı alıb.
Müdafiə Nazirliyinin açıqlamasında min əsgər istəyinin Polşanın Müdafiə Naziri Mariusz Blaszczak tərəfindən qəbul edildiyi bildirilib.
Polşanın Daxili İşlər və İdarə Nazirinin köməkçisi Maciej Vasik Sərhəd Qoruyucularının komandiri Tomasz Praqa ilə birlikdə keçirdiyi mətbuat toplantısında Belarus-Polşa sərhədini qorumaq üçün daha çox əsgərə ehtiyac duyduqlarını dilə gətirmişdi.
Xatırladaq ki, Poşa-Belarus sərhədində Sərhəd Qoruyucularından başqa hazırda 2 min əsgər xidmət keçir.
Tərcümə: Arzu