Gürcüstan parlamentinə giriş məhdudlaşdırılır

  • By Günel
  • 24 Noyabr 2024 17:37

Noyabrın 25-də 11-ci çağırış parlamentinin ilk iclası zamanı ziyarətçilərin binaya girişi məhdudlaşdırılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin rəhbərliyi qərar qəbul edib.

“Noyabrın 25-də Gürcüstan parlamentinin binası sarı təhlükəsizlik səviyyəsində olacaq ki, bu da ziyarətçilər üçün məhdudiyyətləri nəzərdə tutur. Binada akkreditə olunmuş hər telekanaldan cəmi iki çəkiliş qrupu çalışacaq”, – məlumatda bildirilib.

Qeyd edək ki, parlament seçkilərinin nəticələrinə qarşı çıxan müxalifət dünən keçirilən mitinqdə ölkə sakinlərini sabah Tiflisdə toplaşmağa və iqtidar deputatlarının noyabrın 25-də ilk iclasını keçirməsinin qarşısını almaq üçün parlamentə doğru yürüş təşkil etməyə çağırıb.

Gununsesi.info