Yaponiyada güclü zəlzələ oldu

  • By Günel
  • 24 Noyabr 2024 11:26

Yaponiyanın Honsü adasının şərq sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 220 min insanın yaşadığı Xatinoxe şəhərindən  96 km cənub-şərqdə, zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Gununsesi.info