Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub

  • By Günel
  • 24 Noyabr 2024 17:42

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Gununsesi.info“Report”-a istinadən xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv evdə İsveçrə ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil olunan qarşılaşma rəqibin 85:55 qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, üç qarşılaşmadan sonra yığmamız 5 xalla dördüncü sırada qərarlaşıb. Lider İsveçrə isə 8 xala malikdir.

Gununsesi.info