Pakistanda məzhəblərarası toqquşmalar: - ölənlərin sayı 50 nəfəri ötüb

  • By Günel
  • 24 Noyabr 2024 12:54

Pakistanın Kurram bölgəsində sünni və şiə qruplaşmalar arasında məzhəblərarası toqquşmalar davam edir.

Gununsesi.info – nun APA-ya istinadən verdiyi xəbərə görə, ötən gecə toqquşmalarda daha 18 nəfər öldürülüb, 30 nəfər isə yaralanıb.

Qeyd edək ki, noyabrın 21-də bölgədə naməlum şəxslər sərnişin avtobusu və minik avtomobillərini atəşə tutub. Ümumilikdə, indiyə qədər əyalətdə toqquşmalar nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

Gununsesi.info