Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - VİDEO

  • By Günel
  • 24 Noyabr 2024 18:00

Qərbi Azərbaycandakı Amasiya qəsəbəsinin Ağbaba rayonunda azərbaycanlılara məxsus qəbiristanlıq dağıdılıb.

Gununsesi.info xəbər verir ki, dağıdılmış qəbiristanlığın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, 1995-ci ildə Amasiya rayonu Ermənistanın Şirak vilayətinin inzibati ərazisinə birləşdirilib.

Rayonun azərbaycanlı əhalisi 1988-ci ildə doğma yurdlarından qovulublar.

Gununsesi.info