“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan

  • By Günel
  • 23 Noyabr 2024 23:14

Türkiyənin xarici işlər naziri Hakan Fidan da HƏMAS Siyasi Bürosunun Qətərdən Türkiyəyə köçməsi ilə bağlı iddiaları təkzib edib.

Gununsesi.info bu barədə “Qafqazinfo” – ya istinadən xəbər verir.

“Biz artıq bu şayiələri təkzib etmişik, HƏMAS Siyasi Bürosu Türkiyəyə köçməyib. Qətərlilər də dediyiniz şayiələri təkzib etdilər. Ona görə də belə bir şeydən söhbət gedə bilməz”, – Fidan bildirib.

Xatırladaq ki, daha əvvəl “The Times of Israel” qəzeti adı açıqlanmayan ərəb diplomata istinadən HƏMAS-ın yüksəkvəzifəli nümayəndələrinin ötən həftə Qətərdən Türkiyəyə getdiyini yazıb. Rəsmi Ankara HƏMAS-ın Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı iddialara münasibət bildirərək həqiqətə uyğun olmadığını bildirmişdi.

Gununsesi.info