Daşkəsəndə bir neçə nəfər dəm qazından zəhərlənib

  • By Günel
  • 23 Noyabr 2024 22:37

Daşkəsəndə 4 nəfər dəm qazından zəhərlənib.

Gununsesi.info -nun “Report” – a istinadən məlumatına görə, rayonun Alunitdağ qəsəbəsində 1982-ci il təvəllüdlü S.Məmmədova, 1989-cu il təvəllüdlü A.Ələsgərova 13 yaşlı yeniyetmə və 6 yaşlı uşaq dəm qazından zəhərləniblər.

Zərərçəkənlərlərə tibbi yardım göstərilib. Onların vəziyyətləri qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info