
2001-ci ildən ətraf mühitin və təbiətin qorunması məqsədi ilə keçirilən 2024 “Miss Earth” müsabiqəsinin qalibi 22 yaşlı Jessica Lane oldu.

“Ətraf mühitin mübarizəçisi” Jessica Lane insanların diqqətini iqlim və ekoloji problemlərə cəlb etmək məqsədi daşıyır.

Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, Lane “Miss Earth” tacını Filippinin Manila şəhərində 75 müsabiqə iştirakçısı arasında qazanıb.
“Miss Earth” titulunu qazanan ilk avstraliyalı olan 22 yaşlı Jessica, “Mən inanıram ki, müsabiqələr qadınların təcrübələrini bölüşmək üçün bir yer deyil, həm də onların səslərini çatdırmaq imkanı əldə edə biləcəkləri bir platformadır” deyib.


