Erməni məmur iş otağında ölü tapıldı

  • By Günel
  • 24 Noyabr 2024 12:05

Ermənistan Polisinin Dövlət Təhlükəsizliyi Baş İdarəsinin hərbiləşdirilmiş dəstəsinin rəisi Andrey Veranyanın meyiti iş otağında tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 14-də baş versə də, indi məlum olub.

Bildirilib ki, 67 yaşlı Veranyanın meyitinə baxış keçirilib və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırmaya başlayıb.

Gununsesi.info