Böhtan və qarayaxma kampaniyasına baxmayaraq, tarixi nəticələr əldə etməyə müvəffəq olduq

  • By Günel
  • 24 Noyabr 2024 15:20

Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib.

“Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı”, – deyə paylaşımda vurğulanıb.

Gununsesi.info