Güləşçilərimiz Avropa çempionatında: 1 gümüş, 2 bürünc medal qazandılar

  • By Günel
  • 13 Mart 2025 22:59

Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında 1 gümüş və 2 bürünc medal qazanıblar.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Ziya Babaşov (63 kq) finalda moldovalı Vitali Yeriomenkoyla qarşılaşıb və 1:3 hesabıyla m əğlub olub.

Beləliklə, Babaşov qitə birinciliyini gümüş medalla başa vurub.

Elmir Əliyev (55 kq) bürünc medal uğrunda görüşdə çexiyalı Filip Bartoşikə heç bir şans tanımayıb (8:0) və fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Xasay Həsənli (77 kq) gündüz seansında təsəlliverici görüşə çıxıb. Güləşçimiz bolqarıstanlı Albert Doyevi 7:3 hesabıyla üstələyib. Həsənli axşam seansında isə Mixal Zelenkaya tam üstünlüklə (9:1) qalib gələrək bürünc medala sahib çıxıb.

Gununsesi.info