Beyləqanda qəza - 6 nəfər xəstəxanalıq oldu

Beyləqanda ağır yol – nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, dünən saat 17 radələrində Daşburun-Yuxarı Qarabağ yolunda “Vaz” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə sürücülər – 1995-ci il təvəllüdlü Qəhrəman Qurbanov, 2003-cü il təvəllüdlü Hüseyn Bəndalızadə, eləcə də sərnişinlər – Taleh Xəlilzadə, Murad Məmmədov, Sülhəddin Quliyev və Ravin Əliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info