
Avstraliyada kiçik bir məktəbdə illərdir nümayiş etdirilən qaya parçası, araşdırma zamanı 66 daşlaşmış dinozavr ayaq izini ehtiva etdiyi tapıldı.
Gununsesi.info xarici mediaya istinadən verdiyi xəbər görə, Avstraliyanın Kvinslend əyalətindəki məktəbdə 66 fosilləşmiş dinozavr ayaq izi aşkar edilib.
Sciencealert-in məlumatına görə, məktəb girişdə nümayiş etdirilən üç barmaqlı ayaq izləri olan qaya parçasını araşdırmaq üçün paleontoloq Entoni Romilio ilə əlaqə saxlayıb. Təhlillər nəticəsində məlum olub ki, qayada təxminən 200 milyon il əvvəl erkən Yura dövrünə aid onlarla dinozavr ayaq izləri var.
Kvinslend Universitetindən Romilio bildirib ki, kəşf Avstraliyada indiyə qədər qeydə alınmış dinozavr ayaq izlərinin ən sıx kolleksiyalarından biridir.
Sözügedən qaya 2002-ci ildə kömür mədənçiləri tərəfindən tapılıb. Üzərindəki qeyri-adi izləri görən mədənçilər qalığı Kvinslend ştatının kiçik bir şəhəri olan Biloeladakı məktəbə hədiyyə ediblər. Qaya məktəbin giriş hissəsində nümayiş etdirilsə də, onun əsl dəyəri illərdir dərk olunmayıb.
Araşdırmalar nəticəsində təxminən bir kvadratmetrlik qaya parçasının üzərində 66 ayrı dinozavr ayaq izi tapılıb.