
Suriyadakı son münaqişədən sonra təhlükəsizliyin gücləndirilməsi üçün kritik addım atılıb. Dəməşq administrasiyası Milli Təhlükəsizlik Şurasının yaradıldığını elan edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya Rəyasət Heyətindən verilən açıqlamaya görə, dövlət başçısının sədrliyi ilə fəaliyyət göstərəcək və təhlükəsizlik və siyasi siyasətlərin koordinasiyasına cavabdeh olacaq Milli Təhlükəsizlik Şurası ölkədə təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar çərçivəsində yaradılıb.
Şura xarici işlər, müdafiə və daxili işlər nazirləri, Baş Kəşfiyyat İdarəsinin direktoru, həmçinin prezident tərəfindən təyin olunacaq 2 müşavir və 1 texniki ekspertdən ibarət olacaq.
Prezidentin dəvəti ilə mütəmadi olaraq və zərurət yarandıqda görüşlər keçiriləcək.
Orxan