Putinin planı gizli sənədlərdə: “Rusiya atəşkəsi qəbul etməyəcək”

  • By Admin2
  • 13 Mart 2025 11:10

Ukrayna müharibəsinin gedişatını dəyişə biləcək gizli sənədlər üzə çıxıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Amerikanın “Washington Post” qəzetinin gördüyü məxfi sənədlərdən birində Rusiya lideri Vladimir Putinə ABŞ və dünyanın qalan hissəsi arasında gərginliyi artırmağı tövsiyə edib . Bu addımın ABŞ-ın Ukraynadakı sülh sazişindəki danışıqlar mövqeyini zəiflədə biləcəyi irəli sürülüb.

ABŞ hazırda Ukrayna və Rusiya arasında vasitəçilik edir . Prezident Donald Tramp, Amerika nümayəndə heyətinin mümkün atəşkəs planını Kremlə təqdim etmək üçün Moskvaya uçduğunu açıqlayıb.

Ukrayna ilə Rusiya arasında 30 günlük atəşkəs təklifi hələ də Rusiya tərəfindən qəbul edilməyib. Lakin “The Washington Post”un əldə etdiyi Kremlə bağlı sənədlər göstərir ki, Rusiya ən azı fevral ayından bəri sülhü pozmağa çalışır.

Bu sənədlərin ABŞ və Rusiyanın Səudiyyə Ərəbistanında sülh danışıqlarına başlamasından bir həftə əvvəl yazıldığı bildirilir. Ukraynadakı əməliyyatlara nəzarət edən FSB-nin Beşinci Xidməti üçün yazılmış bu sənəd Rusiyanın ABŞ, həm Çin, həm də Aİ arasında gərginliyi artıraraq öz mövqeyini necə gücləndirə biləcəyini əks etdirir.

Fevralın 25-də BMT-də keçirilən səsvermədə ABŞ iki dəfə Rusiyanın tərəfini tutmaqla ABŞ-ın xarici siyasətinin tam əksini etdi.

Sənədlərdə o da qeyd olunur ki, bütün bunlar baş verərkən Rusiya da Ukraynadakı mövcud hökumətin “tamamilə buraxılması” istiqamətində çalışmalıdır.

Həmçinin iddia edilir ki, Kreml Ukraynada sülhməramlıların olması planlarını rədd etməlidir, çünki belə qüvvələr “ciddi Qərbin təsiri” altında olacaq.

Sənəddə bildirilirdi ki, ABŞ-ın Ukraynaya silah tədarükünü davam etdirmək planları “tamamilə qəbuledilməzdir” və Ukraynanın 1 milyonluq ordusunun hazırkı gücündə saxlanması da qəbuledilməzdir.

 

 

Orxan

Gununsesi.info