Şok olay: - ABŞ-də it sahibini güllələyib

  • By Admin2
  • 13 Mart 2025 11:20

ABŞ-da it sahibini güllələyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər, kişinin yataqda yatarkən itin pəncəsinin silahın tətiyinə ilişməsi nəticəsində yaralandığını bildirib.

Polisin məlumatına görə, hadisə zamanı Kirkvudun yanında bir qadın olub. Pitbullun hərəkəti silahın atəşə tutulmasına səbəb olub və güllə Kirkvudun sol buduna dəyib. Qadın iti də götürərək hadisə yerini tərk edib, Kirkvud isə həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya aparılıb.

“The Guardian” xəbər verir ki, hadisənin şahidi olan qadın yerli xəbər kanallarına Oreonun tullanmağı sevən oynaq it olduğunu və o, nə baş verdiyini anlamadan silahın işə düşdüyünü deyib.

Orxan

Gununsesi.info