
Ermənistanın Gorus şəhərinin meri Aruş Aruşanyan 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info Musavat.com – a istinadən xəbər verir ki, Sünik vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsi hakim Varsenik Melkonyanın sədrliyi ilə Probasiya Xidmətinin Gorus şəhərinin meri Aruş Aruşanyan haqqında əvvəl müəyyən olunan 5 illik icbari işin həbslə əvəz edilməsi barədə vəsatətini qismən təmin edib.
Əvvəllər dəmir barmaqlıqlar arxasında keçirdiyi vaxtı nəzərə alsaq, Aruşanyan bir il həbsdə qalmalı olacaq.
Gununsesi.info