Gəncə sakini qolundan bıçaq xəsarəti alıb

Gəncə sakini qolundan bıçaq xəsarəti alıb

Gəncədə bıçaqlanma hadisəsi olub.

Gununsesi.org-un məlumatına görə, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.

Şəhər sakini 1994-cü il təvəllüdlü Məmmədov Nemət Zakir oğlu qolundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə dərhal lazımi tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, hadisə küçədə dava zamanı baş verib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org

COMMENTS